9 C
Baku
Monday, November 18, 2024

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı qəbul edilib

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına 5 məsələlərin salınması təklif edilib:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;

3. Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

4. “Ali təhsil haqqında” qanun layihəsi;

5. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Sənəd səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər