“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Real İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Ağdam şəhərində 3-cü faza üzrə yaşayış məhəllələrinin tikinti layihəsi çərçivəsində söküntü işlərinin satin alınması” nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 101 270 AZN təşkil edir.