-1 C
Baku
Sunday, December 15, 2024

Deputat manatın mümkün devalvasiyasından danışdı

Milli Məclisin deputatı Vahid Əhmədov “Amerikanın Səsi”nə müsahibəsində ilin iqtisadi yekunlarından, iqtisadi və maliyyə böhranından, 2016-cı ildə iqtisadi sahədə gözlənilən yeniliklərdən və manatın devalvasiyasından danışıb.

Sonuncu məsələdən danışan deputat vurğulayıb ki, burada şok terapiyasının tərəfdarı deyil: “Bizim milli valyutamız, o cümlədən dövlət büdcəmiz neftdən asılı bir büdcədir… Son zamanlar qeyri-neft sektorunda inkişaf olsa da, qeyri-neft sektorundan daxil olmaların məbləği o qədər də çox deyil. Təxminən dövlət büdcəsinin haradasa 37-38 faizini təşkil edir. Ona görə də manatın devalvasiyası neftin qiymətindən asılıdır. Neftin qiyməti kəskin aşağı düşərsə, ümumiyyətlə manatın devalvasiyası mümkündür. Amma… mən bunu bir neçə dəfə mətbuatda da bildirmişəm: manatın şok-terapiya devalvasiyasının tərəfdarı deyiləm.

Onsuz da gec-tez manat daxili bazarda öz həqiqi qiymətini tapmalıdır. Yəni, üzən məzənnə siyasəti aparmaq lazımdır, yumşaq devalvasiyaya getmək lazımdır ki, insanlar şok-terapiya yaşamasın…”.

Deputat daha sonra deyib: “Neftin 1 barelinin qiyməti hazırda 38 dollardır. Ola bilsin ki, bundan da aşağı düşsün. Düzdür, biz dövlət büdcəsində 50 dollar götürmüşük. Amma, 2016-cı ildə, ola bilər ki, neftin qiymərində müəyyən enmələr-qalxmalar baş versin… Manatın devalvasiyası mümkündür”.

Son xəbərlər
Digər xəbərlər