“ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında dövriyyəsi illik müqayisədə azalıb və bu azalmaya əsas səbəb portfelində böyük payı olan dövlət qiymətli kağızların bu il daha az olmasıdır.
Banker.az bunu BFB-nin 2024-cü ilin yanvarı üzrə təqdim etdiyi göstəricilərə istinadən xəbər verir.
Məlumata əsasən, 2023-cü ilin yanvarında 718.27 mln. manatlıq dövriyyəyə sahib olduğu halda, bu rəqəm 2024-cü ildə 31 faiz azalaraq 493.95 mln. manata düşüb.
“ABB İnvest İnvestisiya Şirkəti” cari ilin ilk ayında Mərkəzi Bankın notları üzrə əməliyyat apara bilməyib. Dövlət istiqrazları üzrə isə dövriyyə 46 faiz azalaraq 14.75 mln. manata düşüb. Hansı ki, dövlət istiqrazları ötən il “ABB İnvest İnvestisiya Şirkəti”nin portfelində əsas yer tuturdu.
Repo üzrə əməliyyatlar 26% azalmaqla 471.67 mln. manat olub.
“ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin BFB-də dövriyyəsi, manatla | |||
2023, yanvar | 2024, yanvar | Dəyişmə | |
ARMB qiymətli kağızları | 35,966,783 | – | – |
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) | 27,116,083 | 14,751,563 | -46% |
Korporativ istiqrazlar | 17,636,863 | 7,515,450 | -57% |
Səhm | 5,500 | 14,000 | 155% |
Repo | 637,541,043 | 471,666,552 | -26% |
Cəmi əməliyyatların həcmi | 718,266,271 | 493,947,565 | -31% |
Cəmi əməliyyatların sayı | 73 | 162 | 122% |