20 C
Baku
Tuesday, October 1, 2024

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2025-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

OPEC-in proqnozuna əsasən, ölkədə 2025-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur (proqnoz dəyişməyib).

Təşkilat 2024-cü il üçün Azərbaycanın maye tədarükünün təqribən 20 min barel artacağını (proqnoz dəyişməyib) və orta hesabla 700 min barel olacağını proqnozlaşdırır.

Qeyd olunur ki, artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır. “Azəri-Çıraq-Günəşli” yataqlarında da hasilat bu il yeni platformanın hesabına artmalıdır.

OPEC-in hesabatına görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı təqribən 700 min barel səviyyəsində olub. Bu da illik müqayisədə 60 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən təxminən 15 min barel çoxdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər