10 C
Baku
Saturday, November 23, 2024

OPEC qlobal neft tələbatı üzrə proqnozunu artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu artıma doğru korrekdə edib.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 106.25 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz – 106.21), bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1.85 mln. barel çoxdur.

OPEC bu il üçün qlobal neft tələbatının 104.4 mln. barel (öncəki proqnoz – 104.36 mln. barel) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2.25 mln. barel artım deməkdir (proqnoz dəyişməyib).

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102.16 mln. barel səviyyəsində olub, bu da öncəki proqnoz göstərici ilə müqayisədə 0,04 mln. barel çoxdur. Beləliklə, 2023-cü ildə neft tələbatının artım tempi 2.5 mln. barel təşkil edib.

Qeyd edək ki, OPEC məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99.66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2.74 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5.74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96.92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91.13 mln. barel olub.

Son xəbərlər
Digər xəbərlər