İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-
cü ilin yanvar ayında əvvəlki ilin yanvar ayı ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 11.8 faiz artaraq 258.2 milyon manat təşkil etmişdir ki, onun da 70,7 faizi əhali
tərəfindən istehlak olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xidmətlərdən əldə edilən gəlirin 37.4 faizi və ya 96.6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.