8 C
Baku
Thursday, December 12, 2024

“Fitch”: Azərbaycanda devalvasiyanın banklara təsirindən danışdı

Azərbaycanda bu gün milli valyutanın devalvasiyası bankların aktivlərinə və kapitalına mənfi təsir edəcək. Bunu Trend-ə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin maliyyə təşkilatları üzrə analitik qrupun direktoru Dmitri Vasilyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bank sistemi aktivlərinin dollarlaşmasının yüksək səviyyəsilə xarakterizə edilir, lakin borcluların valyuta daxilolmalarına çıxışı məhduddur: “Buna görə də devalvasiyaya görə kredit borcları üzrə xidmətin keyfiyyəti pisləşəcək ki, bu da ümumilikdə aktivlırin keyfiyyətinə mənfi təsir göstərəcək”.

D.Vasilyev qeyd edib ki, Azərbaycanın bank sistemi iki risklə üzləşib: “Birincisi, manatda olan aktivlərin qiyməti qalxacaq, müvafiq olaraq bütün bankların kapitalının kifayətlilik normativi (Azərbaycan Mərkəzi Bankının müvafiq tələbatı 50 milyon manatdır) aşağı düşəcək. İkincisi, bəzi bankların birbaşa açıq valyuta mövqeyi var və onlar devalvasiya ilə əlaqədar valyutanın yenidən qiymətləndirilməsindən böyük birdəfəlik itkiləri etiraf etməli olacaqlar ki, bu da kapitalın kifayətlilik normativlərinə təsir edəcək”.

Son xəbərlər
Digər xəbərlər