Avropa İttifaqı 2023-cü ildə Rusiyadan 30 milyard avro dəyərində neft və qaz alıb ki, bu da 2022-ci illə müqayisədə 2.9 dəfə azdır. Bu barədə “Eurostat” agentliyinin məlumatında deyilir.
Statistikalar göstərdi ki, ötən il Rusiya Federasiyasından Aİ-yə mal idxalı 50 milyard avronu, ixrac isə 38.3 milyard avronu keçib.
Qeyd olunur ki, 2022-ci ildə Avropa İttifaqı ölkələrinin Rusiya ilə ticarət dövriyyəsi 90 milyard avrodan çox olub, həmin dövrdə neftin bir barelinin qiyməti orta hesabla 100 dollar olub. Eyni zamanda, 2021-ci il dövrünə nisbətən Rusiya Federasiyası ilə Aİ arasında qarşılıqlı ticarət dövriyyəsi 2.8 dəfə azalıb.
Eyni zamanda, KİV Ukrayna hökumətindəki mənbələrə istinadən yazır ki, Ukrayna 2024-cü ildən sonra Rusiya qazının öz ərazisindən Avropaya tranziti ilə bağlı sazişin müddətini uzatmağı planlaşdırmır.
Bundan əvvəl Rusiya büdcəsinin neft və qazdan gələn gəlirlərinin sanksiyalara görə dörddə bir azaldığı bildirilib.