9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan şirkətləri xaricə alkoqolsuz içki satışından $34.33 mln. valyuta əldə ediblər

Azərbaycan 2023-cü ildə xaricə alkoqolsuz içki ixracını 2 dəfədən çox yüksəldib.

Banker.az-ın əldə etdiyi məlumata görə, hesabat müddətində 5.92 mln. deka litr həcmində soft-drink ixrac edilib.

İxracın dəyəri 34.33 mln. ABŞ dolları təşkil edib ki, bu da 2.5 dəfə artım dinamikasıdır.

2022-ci ildə ümumilikdə xaricə 2.58 mln. dkl və ya 13.5 mln. dollarlıq alkoqolsuz içki ixrac edilmişdi.

İxracın böyük hissəsi Rusiyaya edilib. Məsələn, ötən il Rusiyaya 3.91 mln. dkl ($25.45 mln.) və Qazaxıstana 1.87 mln. dkl ($7.72 mln.) ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər