Azərbaycandan Türkiyəyə təbii qaz ixracının həcmi keçən il 58% artıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, keçən il bu ölkəyə ümumilikdə 10.854 mlrd. m³ təbii qaz ixrac edilib. Bu təbii qazın ixrac dəyəri $3.681 mlrd. təşkil edib.
Bildirək ki, 2022-ci ildə Türkiyəyə 6.854 mlrd. m³ təbii qaz ixrac edilmişdi. Bu təbii qazın ixrac dəyəri isə $2.208 mlrd. təşkil etmişdi.
Təbii qazın hər 1000 m³-i 2022-ci ildə $322.2-ə satıldığı halda, 2023-cü ildə bu rəqəm $339.17 olub.