Filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 11.2-1 bəndi ilə müəyyən edilmiş tələbə “Azər-Türk Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq Qanunun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azər-Türk Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
Banker.az-a bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.