13 C
Baku
Saturday, November 23, 2024

Eldar Abdullayev investisiya şirkətinin Müşahidə Şurasına sədr təyin edildi

Bakı Fond Birjasının sabiq sədri Eldar Abdullayev investisiya şirkətinin Müşahidə Şurasına sədrlik edəcək.

Bu barədə Banker.az-ın mənbələrdən əldə etdiyi məlumatda bildirilir.

Belə ki, o, “CPM-Invest Investisiya Şirkəti” ASC-nin səhmdarlarının qərarı ilə Müşahidə Şurasına sədr seçilib.

Buna qədər “CPM-Invest İ.Ş.”-nin Müşahidə Şurasının sədri Xəyal İsmayılov Vahid oğlu idi.

E.Abdullayev 2023-cü ilin dekabrına qədər Bakı Fond Birjasının İdarə Heyətinin müvəqqəti sədri vəzifəsində çalışıb. BFB-yə qədər “Yapı Kredi Bank Azərbaycan” QSC, “Bank of Azerbaijan” ASC, “AFB Bank” ASC, “Caspian Development Bank” ASC və “Günay Bank” ASC-də çalışıb.

Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var.

Onun səhmlərinin 1 yanvar 2023-cü il tarixinə olan açıqlamaya görə 100.00% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir.

Son xəbərlər
Digər xəbərlər