9 C
Baku
Friday, December 13, 2024

Bakı İrəvana sülh sazişi layihəsinə əlavə şərhlər verib

“Azərbaycan Ermənistana iki ölkə arasında sülh sazişi layihəsinə əlavə şərhlər verib”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu respublikanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

“Nazir Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan sülh sazişi layihəsinə mütəmadi olaraq Ermənistana şərhlər verib və bu istiqamətdə danışıqlar prosesinin başlanmasında maraqlıdır”, – deyə məlumatda bildirilir. Məlumata görə, azərbaycanlı nazir Ermənistanın konstitusiyasında və qanunvericilik aktlarında yer alan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən müddəaların qəbuledilməz olduğunu vurğulayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hazırkı vəziyyəti, Bakı ilə İrəvan arasında normallaşma prosesi də müzakirə olunub.

Fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib ki, Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı daxil olan təkliflər erməni tərəfinin yanvarın 4-də Bakıya göndərdiyi versiyaya cavabdır.

Son xəbərlər
Digər xəbərlər