10 C
Baku
Saturday, November 23, 2024

“Bakı Sığorta” dövlət qurumundan maddi ziyan tələb edir

“Bakı Sığorta” ASC Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Bakı Sığorta” ASC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır.

Məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsidir.

Bildirək ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.

Son xəbərlər
Digər xəbərlər