®Xalq Bank Digital Card rəqəmsal məhsulu üzrə yeni kampaniyaya start verir. Kampaniya müddəti ərzində Digital Card sifariş edən XalqOnline istifadəçiləri kampaniyanın sonunadək tətbiqdə etdiyi ilk minimum 10 AZN ödənişə 20 %, mövcud Digital Card sahibləri isə 10 % keşbek qazanacaq.
Kampaniyada XalqOnline tətbiqi üzərindən aparılan mobil, kommunal, internet və digər ödənişlər iştirak edir (köçürmə, maliyyə, dövlət ödənişləri istisna olmaqla). Kampaniyada qazanıla biləcək maksimal keşbek məbləği 10 AZN-dir, təklif 17 martadək qüvvədədir.
Qeyd edək ki, Digital Card XalqOnline istifadəçiləri üçün nəzərdə tutulan rəqəmsal debet kartıdır. Kartı banka gəlmədən və vaxt itirmədən birbaşa XalqOnline tətbiqində əldə edərək aktivləşdirmək mümkündür. Digital Card vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar. Kart AZN valyutasında və pulsuz təqdim edilir, istifadə müddəti 1 ildir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.