“Binance” platformasının dünən Bakı vaxtı ilə saat 21:16-a olan məlumatına görə, ticarət sessiyası zamanı “Bitcoin”in dəyəri 12.25% artaraq 64 min dollara çatıb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
“Bitcoin”in qiyməti sonuncu dəfə 2021-ci il noyabrın 14-də 64 min dolları keçib.
“Bitcoin” – blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən mayninq oluna bilər.