6 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstan Azərbaycan ərazisindən neft nəqlinin həcmini artırmağı planlaşdırır

“KazMunayQaz” SC (KMG, Qazaxıstanın milli neft-qaz şirkəti) Azərbaycan ərazisindən neft nəqlinin həcmini artırmağı planlaşdırır.

Bu barədə KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev məlumat verib.

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizi ilə daşımaların daxil olduğu Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) inkişaf etdirilməsi vəzifəsini öz üzərinə götürüb. Bu marşrutun tərkib hissəsi kimi biz ötən ildən Bakı istiqamətində və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə neft nəqlinə başlamışıq. Bizim planlarımız bu marşrut üzrə daşımaların həcmini artırmaqdır,” – deyə Mirzəqaliyev bildirib.

O bildirib ki, bu o demək deyil ki, Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) neft kəmərinə alternativ axtarır.

“CPC etibarlı, sabit və ən əsası neftimizi ixrac bazarlarına çatdırmaq üçün ən sürətli yol olaraq qalır. Ötən il biz Almaniyaya neft nəql etməyə başladıq. 2023-cü ilin sonuna kimi bu ölkəyə təqribən 1 milyon ton neft nəql etmişik və ümid edirik ki, bu il bu həcmi keçəcəyik”, – deyə Mirzəqaliyev əlavə edib.

Son xəbərlər
Digər xəbərlər