10 C
Baku
Thursday, December 12, 2024

Bayram hədiyyələrində necə qənaət etmək olar?

Qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar olaraq bir sıra mağazalarda artıq endiirm kampaniyaları başlayıb. Lakin bu endirimlər hələ hədiyyə əldə edərkən qənaət edəcəyiniz demək deyil. Bəs bayram alış-verişi zamanı necə qənaət edə bilərik?
Əvvəlcədən hazırlığa başlayın:

Bu işi bayram öncəsi son 2-3 günə saxlamayın. Bu dövr ərzində lazımsız alış-verişə yol vermək şansınız böyükdür. Bayramda kimə, nə hədiyyə edəcəyinizi əvvəlcədən təyin edin. Bunun üçün siyahı tərtib edin və  hər bir hədiyyə üçün məbləğ limiti təyin edin. Mağazaya yollanarkən isə özünüzlə yalnızca hədiyyə üçün tələb olunan qədər məbləğ götürün. Təcrübə göstərir ki, alış-verişə özünüzlə “hər ehtimala qarşı” əlavə məbləğ götürsəniz, mütləq olaraq onu xərcləyəcəksiniz.

Hədiyyəni öz əllərinizlə hazırlayın:

Dostlarınızı eksklüziv hədiyyələrlə təəccübləndirmək və eyni zamanda qənaət etmək istəyirsinizsə hədiyyəni öz əllərinizlə hazırlamağa çalışın. Bu əlavə xərcə yol verərək əldə etdiyiniz hədiyyədən daha xoş qarşılanacaq.

İnsanların maraqlarını diqqət mərkəzində saxlayın:

Hədiyyə ediləcək insanın maraqları nəzərə alınaraq seçilən hədiyyə ucuz belə olsa təqdim edilən insana xoşbəxtlik bəxş edəcək. Bu zaman həmin şəxsi xoşbəxt etmək üçün sırf bahalı hədiyyə almağınıza ehtiyac yoxdur.

Hədiyyənizə əlavə ideya da qatın:

Gözəl bir ideya çox da baha olmayan hədiyyəni effektiv və xoş hədiyyəyə çevirə bilər. Bu zaman əsas olan hədiyyənin dəyəri deyil, onun yaratdığı bayram əhval-ruhiyyəsidir.

Hədiyyəni gözəl qablaşdırmağı öyrənin:

Aldığımız hədiyyənin təqribən 20%-i onun qablaşdırmasına sərf olunur. Qənaət etmək istəyirsiniz? Hədiyyəni fərdi şəkildə qablaşdırmağı öyrənin. Bu elə də çətin proses deyil və bir neçə cəhdlə istədiyiniz nəticəyə nail ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər