9 C
Baku
Thursday, December 12, 2024

Litvada Rusiya nömrəli avtomobillərdən istifadə qadağan edilib

Litvada Rusiya dövlət qeydiyyat nömrələrinə malik avtomobillərdən istifadəyə qoyulan qadağa qüvvəyə minib.

İstisnalar diplomatik korpusun nəqliyyat vasitələrinə, Kalininqrad vilayətinə və oradan tranzit keçən nəqliyyat vasitələrinə aiddir.

Bütün digər belə avtomobillər ya Baltikyanı respublikanın ərazisini tərk edib, ya da sahibləri onları Litvada yenidən qeydiyyatdan keçirməli olublar.

Gömrük idarəsinin məlumatına görə, martın 10-na Litvada 50-yə yaxın Rusiya dövlət nömrə nişanlı avtomobil qalıb. Belə ki, bu nəqliyyat vasitələri müsadirə ediləcək və onların sahibləri 200 avrodan 6 min avroya qədər cərimə ediləcək.

Kalininqrad vilayətinə və oradan tranzit keçən avtomobillər isə Litvada 24 saat qala bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər