Türk valyutası ABŞ dollarına qarşı yeni tarixi minimum olan 32.00 lirə səviyyəsindən də aşağı düşüb.
Banker.az xəbər verir ki, 1 ABŞ dollarının Türk lirəsinə nisbətdə məzənnəsi Bakı vaxtı ilə 14:00 radələrinə 32.0290 olub ki, bu da sessiya açılandan 0.4%-ə yaxın dəyər itkisidir.
Ötən gün Bloomberg yazıb ki, lirənin bu həftəki itkiləri Türkiyə valyutasını iyulun 21-dən bəri ən pis həftəlik performansına sürükləyir. Belə ki, gözləniləndən yüksək inflyasiya və azalan ehtiyatlarla bağlı narahatlıqlar valyutaya ağır zərbə vurur. Bu ay yerli seçkilər ərəfəsində dəyişkənliyin yüksək səviyyədə qalacağı gözlənilir.
Lirə dollara qarşı son bir il ərzində 70%-ə yaxın dəyər itirib.