16 C
Baku
Friday, November 22, 2024

Ukrayna Avropa İttifaqından 6 mlrd. avro kredit alır

Ukrayna Avropa İttifaqı ilə 6 milyard avro məbləğində kredit almaq üçün memorandum və saziş imzalayıb.

Bu barədə Ukrayna Milli Bankının (UMB) mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

“Bu gün UMB-nin rəhbəri Andrey Pışnı, baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko və maliyyə naziri Sergey Marçenko ilə birlikdə Ukrayna ilə Aİ arasında anlaşma memorandumu, habelə müvafiq kredit sazişi imzalayıb”, – deyə bəyanatda bildirilir.

Nəzərdə tutulan şərtlər yerinə yetirilərsə, 4.5 milyard avro məbləğində birinci tranş martda, ikinci tranş isə 1.5 milyard avro həcmində apreldə ayrılacaq. Kredit güzəştli şərtlərlə verilir, maksimum ödəmə müddəti 35 ildir və əsas borcun ödənilməsinə başlanan tranş məbləğinin Milli Bankdakı hesaba köçürüldüyü tarixdən 10 il sonra başlanır.

Martın 8-də Ukraynanın Baş naziri Denis Şmıqal bəyan edib ki, Ukrayna hökuməti Avropa İttifaqından 6 milyard avro məbləğində kredit almaq üçün lazım olan sənədləri təsdiqləyib. Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, ümumilikdə Kiyev bu il krediti Avropa İttifaqından 16 milyard avro almaq niyyətindədir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər