“Bakcell”ə yeni İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə Direktor təyin edilib. Bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.
Aysel Süleymanova “Bakcell”-ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-da Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib. Aysel Süleymanova eyni zamanda “AmCham Azerbaijan”-da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.
Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.