2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 30 milyon 889 min dollar dəyərində 134 870 ton buğda idxal edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin eyni aylarında Azərbaycana 81 milyon 988 min dollar dəyərində 268 114 ton buğda idxal edilmişdi.
Beləliklə, ötən il müqayisədə Azərbaycana buğda idxalı miqdar ifadəsilə 2 dəfə, dəyər ifadəsilə 2.6 dəfə azalıb.
1 ton buğdanın orta hesabla idxal dəyəri 306 dollardan 229 dollara düşüb (77 dollar azalıb).