Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini gözlənilmədən 45%-dən 50%-ə yüksəldib.
Banker.az bunu Mərkəzi Bankın press-relizinə istinadən xəbər verir.
Bu da TCMB-nin 2002-ci ilin aprelindən bu tərəfə apardığı ən sərt monetar siyasətdir.
Qeyd edək ki, 2023-cü ilin mayında uçot faiz dərəcəsi 8.50%-də idi. Yenidən düzənlənən hökumət tənzimləyicinin rəhbərinini dəyişmiş və cari ilin yanvarına qədər faizləri 45%-ə qaldırmışdı.
Fevral üzrə Türkiyədə istehlak qiymətlər indeksi 67.07% təşkil edib.