Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Azər Mehdiyev Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Azər Mehdiyev bu təyinata qədər Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub. Xatırladaq ki, Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin bundan əvvəlki rəisi Samir Quliyev sərəncama götürülüb.