Uçmuş Baltimor körpüsü ABŞ-də 81 mlrd. dollarlıq ticarət böhranına səbəb olub. “Daily Mail”in məlumatına görə, çöküş ABŞ-dan ixrac edilən mallar üçün doqquzuncu ən böyük mərkəzin bağlanmasına səbəb olub. O, ildə 52 milyon ton yük daşıyır. Hazırda “ixrac limanı”nda 10 iri tonajlı gəmi ilişib qalıb.
Co Bayden məsələni öz nəzarəti altına götürüb. O, federal hökumətin körpünün yenidən qurulmasının bütün xərclərini ödəməsini və Konqresin tələbi dəstəkləməsini tələb edəcəyinə söz verib.
Son məlumatlara görə, çökmə nəticəsində azı 6 nəfər həlak olub. ABŞ Sahil Mühafizəsi nümayəndəsinin dəqiqləşdirdiyi kimi, fövqəladə hadisə yerində axtarış-xilasetmə əməliyyatları hələlik dayandırılacaq.