11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda smartfona tələb 2024-cü ildə 70% artıb – Smartfonlar hansı ölkələrdən alınır?

Azərbaycanda əhalinin 2024-cü ilin ilk ayından smartfon alışına tələbi kəskin artıb və yanvarda ölkədən xaricə ən çox valyuta axınına səbəb olan məhsula çevrilib.

Banker.az-ın əldə etdiyi rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar ayında Azərbaycan xaricdən ölkəyə 117 687 ədəd smartfon idxal edib. İdxal edilmiş məhsulun dəyəri $35.42 mln. olub.

2023-cü ilin eyni müddətində bu rəqəm 69 362 ədəd olub ki, bunun da dəyəri $17.05 mln. təşkil edib.

Cari ildə smartfon idxalı illik müqayisədə 70 faiz artıb.

Bu məhsul hazırda Azərbaycanda ən çox idxal olunan məhsuldur. Məsələn, öncəki ildə 8-ci ən çox idxal olunan məhsul idi. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Smartfonların biri orta qiymətlə ölkəyə $246-a alınırdısa, cari ildə bu qiymət $301-ə yüksəlib.

Çin Azərbaycanın smartfon bazarında həmişəki kimi liderdir.

Azərbcaycanın idxal etdiyi smartfonlar, 2024-cü ilin yanvarı
Miqdar, əd. Dəyər, min $
Cəmi 117687 35416.18
Çin 85265  26,009.31
Vyetnam 24806    7,403.31
Hindistan 7133    1,513.14
ABŞ 352       422.23
BƏƏ 24        28.51
İndoneziya 75        22.72
Fransa 26        12.12

 

Son xəbərlər
Digər xəbərlər