7 C
Baku
Thursday, December 12, 2024

“Azelektromaş”ın ötən il mənfəəti azalıb

“Azelektromaş” ASC 2023-cü ili 423 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ildə şirkətin mənfəəti 485 min manat olub ki, bu da illik müqayisədə 13% azalma deməkdir.

Banker.az şirkətin maliyyə vəziyyəti haqqında olan hesabatlarına istinadən xəbər verir.

“Azelektromaş”ın əsas əməliyyat gəlirləri 2022-ci ildə 3 milyon 179 min manat ikən, ötən il 3 milyon 258 min manata yüksəlib. Ötən il şirkətin işçi heyəti üzrə xərcləri 143 min manatdan 231 min manata, amortizasiya xərcləri 11 min manatdan 13 min manata, digər əməliyyat xərcləri isə 755 min manatdan 872 min manata çatıb.

Hesabat dövründə “Azelektromaş”ın cəmi aktivləri 2 milyon 216 min manat olub ki, bu da əvvəlki dövr ilə müqayisədə 2% artım deməkdir.

Qeyd edək ki, “Azelektromaş”ın fәaliyyәt növü elektron vә optik avadanlıqların tәmiridir. Şirkətin nizamnamə kapitalı 4 min manatdır və qanuni təmsilçisi Əli Teymurovdur.

Son xəbərlər
Digər xəbərlər