14 C
Baku
Sunday, November 24, 2024

BFB “Kapital Bank”ın 35 milyonluq dollar istiqrazını listinqə aldı

28 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin ümumi dəyəri 35 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

övlət qeydiyyat nömrəsi – İSİN AZ2008005152
İstiqrazların növü və forması Faizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı 350000 (ədəd)
Nominal Dəyəri 100  ABŞ dolları
İllik faiz dərəcəsi 7 %
Tədavül müddəti 7 il, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə
Kupon faizlərinin ödəniş müddəti Rüblük (Hər 90  təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq)

 

Son xəbərlər
Digər xəbərlər