2023-cü ilin eyni ayı ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın 17 sığorta şirkətindən 7-nin sığorta haqları azalıb, 10-nun isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Yığımları ən çox artan Meqa Həyat Sığorta Şirkəti (2.4 dəfə) və “Azsığorta” (99%), ən çox azalan isə “Xalq Sığorta” və “Bakı Sığorta” şirkətidir ( -45%)
Sığortaçının adı | Sığorta haqları, (2024-cü il yanvar-fevral), min manat | Sığorta haqları, (2023-cü il yanvar-fevral), min manat | İllik Fərq |
A-Qroup Sığorta Şirkəti | 3,200 | 2,980 | 7% |
AtaSığorta | 1,856 | 2,055 | -10% |
Atəşgah Həyat Sığorta Şirkəti | 12,471 | 8,223 | 52% |
Atəşgah Sığorta Şirkəti | 8,186 | 5,153 | 59% |
Azərbaycan Sənaye Sığorta | 5,087 | 4,147 | 23% |
AzSığorta | 2,466 | 1,240 | 99% |
Bakı Sığorta | 569 | 1,032 | -45% |
İpək Yolu Sığorta | 386 | 566 | -32% |
Meqa Sığorta | 6,858 | 6,105 | 12% |
Paşa Həyat Sığorta | 81,390 | 67,581 | 20% |
Paşa Sığorta | 90,704 | 81,110 | 12% |
Qala Həyat Sığorta Şirkəti | 3,876 | 4,204 | -8% |
Qala Sığorta | 9,265 | 13,391 | -31% |
Xalq Həyat Sığorta Şirkəti | 1,698 | 1,576 | 8% |
Xalq Sığorta | 3,334 | 6,116 | -45% |
Aqrar Sığorta | 7,058 | 9,040 | -22% |
Meqa Həyat Sığorta | 1,315 | 575 | 2.4 dəfə |