9 C
Baku
Thursday, December 12, 2024

Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib

Bu gün Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Rumen Radev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasından təəssüfləndiyini bildirib. Dövlət başçıları İki ölkə arasında enerji, sərmayələr, nəqliyyat bağlılığı, habelə biznes təmaslarının təşviqi sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Telefon danışığı əsnasında prezidentlər diplomatik kanallar vasitəsilə səfərin yeni tarixlərinin razılaşdırılacağını bildiriblər.

Son xəbərlər
Digər xəbərlər