18 C
Baku
Wednesday, May 15, 2024

Tacikistanda Rusiyaya bilet satışı kəskin azalıb

Moskvada “Crocus City Hall”da baş verən terror aktından sonra Tacikistan vətəndaşları Rusiyaya aviabiletləri qaytarmağa başlayıblar.

Bu barədə “Asia-Plus” portalı aviaşirkətin nümayəndəliklərinə istinadən məlumat yayıb.

Xüsusilə “Somon Air”in nümayəndələri bildiriblər ki, hazırda Rusiyaya bilet satışında, eləcə də onların geri qaytarılmasında 20% azalma var.

Həmçinin Düşənbədəki aviakassalar sərnişinlərin olmaması səbəbindən Rusiyaya uçuşların sayının azaldığını bildiriblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər