13 C
Baku
Friday, November 22, 2024

“Qala Sığorta”nın 2023-cü ildə mənfəəti azalıb

“Qala Sığorta” ASC 2023-cü ili 9 milyon 893 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə şirkətin mənfəəti 10 milyon 567 min manat olub ki, bu da illik müqayisədə 6.4% azdır.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qala Sığorta”nın gəlirləri 55 milyon 379 min manat (illik müqayisədə 30.6% çox), xərcləri 43 milyon 29 min manat (48% çox), mənfəət vergisi ödəmələri isə 2 milyon 458 min manat (12% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 69 milyon 962 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 11% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13% artaraq 43 milyon 660 min manata, balans kapitalı isə 8% artaraq 26 milyon 301 min manata çatıb.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Şirkətin səhmləri 100% “AzReTəkrarsığorta” ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 90 %-lik səhmdarı) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər