13 C
Baku
Friday, November 22, 2024

Tayvan Çinin yardım təklifindən imtina edib

Tayvan adasını idarə edənlər Çinin yardım təklifindən imtina edərək bunu vacib saymadıqlarını bildiriblər.

Bu barədə Tayvanın Çin üzrə komitəsinin açıqlamasında vurğulanıb.

Məlumata görə, komitə Çinə diqqətinə görə minnətdarlığını ifadə edərək qeyd edib ki, zəlzələdən sonra materikdən yardıma ehtiyac yoxdur.

İnformasiyaya əsasən, Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenlian bildirmişdi ki, Çinin mərkəzi hökuməti vəziyyəti izləyir və adaya yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Tayvan adası tanınmır. Beynəlxalq güclər onu Çinin tərkib hissəsi sayır.

Xatırladaq ki, aprelin 3-də Tayvanın şərq sahillərində baş verən 7.2 maqnitudalı zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər