Bakı Fond Birjasında 2024-cü ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 548 979 940 manat təşkil etmişdir.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 61%, dövlət qiymətli kağızların ticarət həcmində 111 %, repo əməliyyatları üzrə isə 148 % artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatları üzrə 59 % artım qeydə alınmışdır.
2024-cü ilin Mart ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,768,811,684 manat təşkil edib.
Bazarlar / Əməliyyatlar | 01.01.2024-31.03.2024 | 01.01.2024-31.03.2024 | ||
Əqdlərin həcmi (manatla) | Əqdlərin sayı | Əqdlərin orta günlük** həcmi (manatla) | Əqdlərin orta günlük sayı | |
1. Dövlət qiymətli kağızları | 2,200,356,769 | 771 | 40,006,487 | 14.02 |
1.1. İlkin bazar | 1,645,493,940 | 301 | 29,918,072 | 5.47 |
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) | 861,868,520 | 194 | 15,670,337 | 3.53 |
ARMB* qiymətli kağızları | 783,625,420 | 107 | 14,247,735 | 1.95 |
1.2. Təkrar bazar | 554,862,830 | 470 | 10,088,415 | 8.55 |
Dövlət istiqrazları | 290,846,372 | 385 | 5,288,116 | 7.00 |
ARMB qiymətli kağızları | 264,016,458 | 85 | 4,800,299 | 1.55 |
2. Korporativ qiymətli kağızlar | 468,380,685 | 816 | 8,516,012 | 14.84 |
2.1. İlkin bazar | 272,790,280 | 142 | 4,959,823 | 2.58 |
2.1.1. Səhmlər | 6,251,050 | 2 | 113,655 | 0.04 |
2.1.2. İstiqrazlar | 266,539,230 | 140 | 4,846,168 | 2.55 |
– İpoteka istiqrazları | 140,023,332 | 4 | 2,545,879 | 0.07 |
– Digər istiqrazlar | 126,515,898 | 136 | 2,300,289 | 2.47 |
2.2. Təkrar bazar | 195,590,405 | 674 | 3,556,189 | 12.25 |
2.2.1. Səhmlər | 1,077,767 | 519 | 19,596 | 9.44 |
2.2.2. İstiqrazlar | 194,512,639 | 155 | 3,536,593 | 2.82 |
– İpoteka istiqrazları | 164,119,731 | 8 | 2,983,995 | 0.15 |
– Digər istiqrazlar | 30,392,907 | 147 | 552,598 | 2.67 |
3. Repo əməliyyatları | 4,880,242,485 | 1,545 | 88,731,682 | 28.09 |
Dövlət istiqrazları üzrə | 4,013,360,541 | 1,349 | 72,970,192 | 24.53 |
ARMB qiymətli kağızları üzrə | 462,587,370 | 172 | 8,410,679 | 3.13 |
Korporativ qiymətli kağızlar üzrə | 404,294,574 | 24 | 7,350,810 | 0.44 |
Cəmi (1+2+3) | 7,548,979,940 | 3,132 | 137,254,181 | 56.95 |
– o cümlədən: ilkin bazar | 1,918,284,220 | 443 | 34,877,895 | 8.05 |
– o cümlədən: təkrar bazar | 750,453,235 | 1144 | 13,644,604 | 20.80 |