1 C
Baku
Saturday, December 14, 2024

“Turkish Airlines” şirkətinin sərnişin axını rekord dərəcəyə çatıb

Türkiyənin aparıcı aviadaşıyıcısı olan “Turkish Airlines” şirkəti (“Türk Hava Yolları”) il ərzində sərnişin axınının həcmi üzrə rekordu yeniləyib.

Aviaşirkətin mətbuat xidmətinin məlumatına əsasən, 2023-cü ildə 84.3 milyon sərnişin “Turkish Airlines”in xidmətindən istifadə edib. Bu, aviaşirkətin tarixində ən yüksək göstəricidir.

Bu nailiyyət geosiyasi gərginlik, makroiqtisadi çağırışlar və COVID-19 pandemiyasının mənfi nəticələrinə baxmayaraq əldə olunub.

Mətbuat xidməti xatırladıb ki, “Turkish Airlines” şirkətinin 2023-cü ildə daxili xətlərdəki sərnişin axını ötən ilin göstəricilərini 23.5 faiz üstələyib və 30 milyon həddinə çatıb. Beynəlxalq uçuşlarda artım 53 milyon sərnişin həddini keçərək, 14 faiz təşkil edib. Eyni zamanda, Türkiyənin milli aviadaşıyıcısı hava yükdaşımalarının həcminə görə dünyada dördüncü yerə çıxıb.

“Turkish Airlines” qeyd edib ki, bu günə olan məlumata görə, şirkətin balansında 416 sərnişin layneri və 24 nəqliyyat təyyarəsi var.

Türkiyənin milli brendi hesab edilən şirkət dünyanın 133 ölkəsindəki 364 hava limanına uçuşlar həyata keçirir. Eyni zamanda, təkcə son ildə şirkətin aviaparkına 46 yeni təyyarə əlavə olunub.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər