14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda siqaret istehlakının 98%-i yerli istehsal müəssisələri vasitəsilə təmin edilib

Keçən il Azərbaycanda siqaret istehlakının 98%-i 7 yerli istehsal müəssisəsi vasitəsilə təmin edilib.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov deyib.

Azər Süleymanov bildirib ki, ötən il 15.3 milyard ədəd siqaret istehsal olunub: “Azərbaycanda ümumi istehlakın 98%-i yerli istehsalla təmin olunub, 2%-i xaricdən təmin olunub. 2% tələbatı da ödəmək üçün avadanlıq sifariş verilib”.

İdarə rəisi qeyd edib ki, hazırda bizim yüksək keyfiyyətli tütünlər əkilir: “İxrac potensialının böyüdülməsi üçün bu qanunda tələblər qoyulub. Öz daxili istehsalımızı artıq təmin etmişik”.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər