1 C
Baku
Saturday, December 14, 2024

“Xalq Sığorta” zərərdən mənfəətə keçdi

“Xalq Sığorta” ASC 2023-cü ili 12 milyon 466 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 12 milyon 226 min manat zərər ilə bağlamışdı.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Xalq Sığorta” şirkətinin cəmi gəlirləri 44 milyon 384 min manat, cəmi xərcləri 31 milyon 918 min manat təşkil  edib. 2022-ci ildə şirkətin cəmi gəlirləri 31 milyon 772 min manat, cəmi xərcləri 43 milyon 998 min manat təşkil etmişdir.

“Xalq Sığorta”nın hesabladığı sığorta haqları 2022-ci ildə 42 milyon 260 min manat ikən, 2023-cü ildə 24 milyon 46 min manata düşüb.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.

Son xəbərlər
Digər xəbərlər