13 C
Baku
Friday, November 22, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Amerikada inflyasiya göstəriciləri dərc olunacaq.

Ötən həftənin cümə günü açıqlanan məşğulluq hesabatı FED-in faiz endirimlərini daha uzun müddətə təxirə sala biləcəyi ehtimalını artırdıqdan sonra, ABŞ inflyasiya məlumatları cari həftə investorlarının diqqət mərkəzində olacaq. Böyük banklar qazanc mövsümü başlayarkən, Avropa, Kanada və Yeni Zelandiya Mərkəzi Banklarının faiz qərarları yaxından izlaniləcək. Həmçinin geosiyasi risklər neft qiymətlərini dəstəkləməyə davam edəcək.

ABŞ inflyasiya məlumatları

ABŞ-da mart ayı istehlak qiymətlərində inflyasiya rəqəmləri çərşənbə günü açıqlanacaq və iqtisadçılar ərzaq və yanacaq xərclərini nəzərə almadan baza inflyasiyanın əvvəlki aydakı 3.8%-dən illik müqayisədə 3.7%-ə enəcəyini ehtimal edirlər.

Cümə axşamı açıqlanacaq istehsal qiymətlərində isə daha mülayim bir artım proqnozlaşdırılır.

Ötən həftənin cümə günü açıqlanan rəqəmlərin ABŞ iqtisadiyyatının keçən ay gözləniləndən çox iş yeri yaratdığını və maaşların sabit sürətlə artdığını göstərdikdən sonra, inflyasiyanın tempinin də mülayim ola biləcəyi ehtimal edilir.

Güclü əmək bazarı məlumatlarının və son bir neçə ayda inflyasiyada yavaş irəliləyişin vəhdəti FED-in yüksək səviyyəli rəsmilərinin, o cümlədən sədr Cerome Pavelin, faiz dərəcələrini nə vaxt endirəcəkləri ilə bağlı qərara yaxınlaşarkən “səbirli” olmaq çağırışlarını gücləndirdi.

FED protokolları və açıqlamalar

FED çərşənbə günü mart iclasının protokollarını açıqlayacaq, burada rəsmilər keçən ilin sonunda proqnozlaşdırdıqlarından daha az inamla olsa da, bu il üç faiz endirimi gözləməyə davam edirlər.

Cümə günü əmək bazarı, xüsusilə də NFP məlumatlarından sonra, valyuta bazarları faiz dərəcələrinin azaldılması ehtimalının üçdən ikiyə endirilməsi gözləntilərini qiymətləndirir.

Bazar iştirakçıları həm də cümə axşamı Nyu-York FED-in sədri Con Uilyamsı dinləmək şansı əldə edəcəklər.

Xatırladaq ki, ötən həftənin cümə günü FED üzvlərindən Mişel Bouman, inflyasiyanın zəifləməyəcəyi təqdirdə Federal Ehtiyatlar Sisteminin yenidən dərəcələri artırmalı ola biləcəyi barədə xəbərdarlıq edərək, uçot dərəcəsinin aşağı salınmasının vacibliyini aşağı saldı.

Qazanc hesabatları

Böyük bankların rüblük hesabatları cümə günü qazanc mövsümünə start verəcək.

İnvestorlar, fond bazarı rekord həddə çatdığı üçün artan qiymətləndirmələri dəstəkləmək üçün bu il güclü korporativ mənfəətə ümid edir.

S&P 500, 2019-cu ildən bəri ən güclü birinci rüb performansından sonra bu günə qədər 9%-dən çox artıb. Lakin səhmlərin bu sürətlə davam etməsi üçün bar yüksələ bilər və şirkətlərə güclü nəticələr vermək üçün təzyiqi artırır.

İnvestorlar şirkətlərin iqtisadiyyat və inflyasiya ilə bağlı fikirlərini də dinləyəcəklər.

“JPMorgan Chase” (JPM), “Citigroup Inc” (C) və “Wells Fargo” (WFC) cümə günü birinci rüb üzrə gəlir hesabatlarını açıqlayacaq. “Delta Air Lines” (DAL) və “BlackRock” (BLK) da bu həftə rüblük hesabatlarını təqdim edəcək digər böyük adlar arasındadır.

EUR

Avropa Mərkəzi Bankı cari həftənin cümə axşamı növbəti iclasını keçirəcək və iyun ayında faiz azaltma dövrünə başlamazdan əvvəl AMB-nin bu toplantıda faiz dərəcələrini sabit saxlayacağı gözlənilir.

Bazarlar iyun ayında 25 baz bəndinin kəsilməsi ehtimalını demək olar ki, 100% görür, buna görə də prezident Kristin Laqardın şərhləri yaşıl işıq üçün yaxından izləniləcək.

Bir sıra siyasətçilərrəsmilər açıq şəkildə iyun ayını ilk hərəkət tarixi kimi qeyd etdilər və son məlumatlar Avrozona iqtisadiyyatının mart ayında gözlənilmədən 2.4%-ə düşməsi faiz dərəcəsinin azaldılması ehtimallarını gücləndirdi.

ECB-dən başqa, çərşənbə günü Kanada və Yeni Zelandiya, cümə günü isə Sinqapur və Cənubi Koreya mərkəzi bankları da faiz dərəcələrində dəyişiklik gözlənilməyən iclaslar keçirəcəklər.

Ardıcıl 3-cü həftədir ucuzlaşan EURUSD məzənnəsi ötən həftə Amerikada və Avrozonada açıqlanan iqtisadi göstəricilər fonunda paritet ötən həftə bahalaşdı və həftəlik şamını 1.0840 səviyyəsində bağladı.

Təhlillərə əsasən, “Buğalar” qiyməti 1.08$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

GBP

Cari həftənin cümə axşamı günü İngiltərədə açıqlanacaq ÜDM-in həcmi göstəriciləri GBPUSD məzənnəsində tendensiyanın gedişinə təsir edə bilər. Ötən həftəni 1.2630 səviyyəsində tamamlayan GBPUSD məzənnəsində “buğalar” qiyməti 1.26$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası ilə davam edə bilər.

NEFT

Neft qiymətləri, Yaxın Şərqdəki geosiyasi gərginliklər, təklifin azalması ilə bağlı narahatlıqlar və artan tələb gözləntiləri ilə dəstəklənən keçən həftə ikinci həftəlik qazancını qeydə aldı.

Cümə günü xam neft oktyabr ayından bəri ən yüksək həddə qərarlaşıb. ABŞ-ın xam neft fyuçersləri (WTI) 32 sent artaraq barreli 86.91$-a, “Brent” markalı neft isə 52 sent bahalaşaraq 91.17$-a çatıb.

Geosiyasi gərginliyin neft qiymətlərini dəstəkləməyə davam edəcəyi görünsə də, bazarlar “OPEC”-in üçüncü ən böyük istehsalçısı İran və İsrail arasında mümkün birbaşa münaqişənin əlamətlərini izləyir və bu, tədarükü daha da sıxlaşdıra bilər.

XAUUSD

Artıq 6 həftədir bahalaşan qızıl ardıcıl olaraq rekord hədlərini yeniləyir. Ötən həftəyə də artımla başlayan qızıl həftəlik şamını 2330$ səviyyəsində bağladı. Ehtimal olunur ki, bu həftə Amerikada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin FOMC-un dərc olunacaq protokolları, Avropa, Kanada, Yeni Zellandiya mərkəzi banklarının faiz qərarları və İngiltərənin ÜDM məlumatları fonunda qızıl qiymətlərində müşahidə olunan kəskin bahalaşma davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər