Banker.azın banka istinadən verdiyi məlumata əsasən, “Caspian Development Bank (CDB)” ASC ilə “Paşa Bank” ASC arasında bağlanmış müqaviləyə əsasən, CDB Bankın kart sahiblərindən sözügedən bankın Cash POS-terminal və ATM-ləri vasitəsilə nağd vəsaitlərin əldə olunmasına görə komissiya tutulmayacaq.
Aşağıdakı cədvəldə VISA beynəlxalq ödəniş kartlarının məhsuluna görə “Paşa Bank” ASC-nin ATM və Cash POS-terminalları vasitəsi ilə nağd vəsaitin çıxarlması üzrə komissiya haqlarını təqdim edirik.
| No | Kartın məhsulu | ATM və Cash POS-terminal vasitəsilə nağd əməliyyatları |
| 1 | VISA Electron | 0,0% (min AZN, USD, EUR 0,00) |
| 2 | VISA Electron Salary | 0,0% (min AZN, USD, EUR 0,00) |
| 3 | VISA Electron Deposit | 0,0% (min AZN, USD, EUR 0,00) |
VISA Classic, VISA Gold, VISA Platinum, VISA Infinite və VISA Business kartlarından isə nağd vəsaitlərin əldə olunmasına görə komissiya isə 1% aşağı salınmışdır.
Yaxın günlərdə digər banklarla da analoji müqavilənin imzalanması nəzərdə tutulub. Məqsədimiz kart sahiblərimiz üçün maksimum rahat və sərfəli xidmət təqdim etməkdir.
Onu da nəzərinizə çatdıraq ki, CDB Bankın kartları ilə kartın valyutasından fərqli valyutada nağd əməliyatlar aparıldığı zaman tutulan konvertasiya haqqı dəyişdirilərək 4% olmuşdur. Lakin nağdsiz ödənişlər zamanı konvertasiya haqqı dəyişməz olaraq 0.5% qalmışdır.






