10 C
Baku
Thursday, December 12, 2024

İpoteka və Kredit Zəmanəti Fondu 30 mln. manatlıq istiqrazları hərraca çıxarıldı

17 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2085008681

Emissiya həcmi

30,000,000 manat

Nominal qiyməti

1000 manat

Hərrac qiyməti

1002,8333 manat

İstiqrazların tədavül müddəti

8640 gün

Faiz dərəcəsi 

3 %

Faiz gəlirinin ödəniş müddəti

180 gündən bir (6 aydan bir)

Anderrayter

“Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

Son xəbərlər
Digər xəbərlər