13 C
Baku
Friday, November 22, 2024

“Bank Avrasiya” 1-ci rübdə kiçilib, mənfəəti və gəlirləri azalıb

“Bank Avrasiya” ASC 2024-cü ilin 1-ci rübünü 1 milyon 202 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 1 milyon 555 min manat olub ki, bu da illik müqayisədə 23% azalma deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-mart aylarında “Bank Avrasiya”nın gəlirləri 4 milyon 128 min manat (əvvəlki ilə nisbətən 7% az), xərcləri 2 milyon 265 min manat (12.25 çox) təşkil edib.

Cari ilin aprel ayının 1-nə “Bank Avrasiya”nın cəmi aktivləri 183 milyon 967 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 0.3% azalma deməkdir. Bunun 135 milyon 170 min manat müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 1.5% kiçilib.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 104 milyon 99 min manatdan 102 milyon 292 min manata, o cümlədən depozit portfeli 48 milyon 485 min manatdan 50 milyon 328 min manata, kapitalı 80 milyon 438 min manatdan 81 milyon 676 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər