9 C
Baku
Thursday, December 12, 2024

Portuqaliya Azərbaycandan xam neft alışını ilk rübdə 83% artırıb

Portuqaliya Azərbaycandan xam neft alışını 2024-cü ilin birinci rübündə illik müqayisədə xeyli yüksəldib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Portuqaliya ilk rübdə Azərbaycandan 170.14 ton və ya təqribən 1.296 mln. tonluq xam neft alıb.

Bu xam neftin dəyəri 104.13 ABŞ dolları təşkil edir.

Beləliklə, Cənubi Avropa ölkəsi Azərbaycandan xam neft idxalını illik müqayisədə 2024-cü ilin I rübündə 83 faiz artırıb.

Azərbaycan bu ölkəyə xam neftin bir barelini 80 dollara və ya  bir tonu 612 dollara satıb.

Qeyd edək ki, Azərbaycan cari ilin ilk rübündə ümumilikdə  5.6 mln. ton xam nefti (42.65 mln. barel) 3.49 mlrd. dollara ixrac edib.

Son xəbərlər
Digər xəbərlər