“Bitcoin” (BTC) halvinq ərəfəsində 60 min dollar səviyyəsini saxlamağa davam edir. Saat 11:00-da kriptovalyuta 64 min dollar səviyyəsində ticarət edilib. Daha əvvəl, 19 aprel gecəsi “Bitcoin” Yaxın Şərqdə yeni gərginləşən münaqişə fonunda “Binance” birjasında 59.631 min dollara düşüb.
Aprelin 19-na keçən gecə İsrail İranın hərbi hava bazasına hücum edib və bu, aprelin 1-də Dəməşqdəki (Suriya) İran səfirliyinin binasına hücumu ilə başlayan Yaxın Şərqdə gərginliyin növbəti mərhələsi olub.
Münaqişə kriptovalyuta bazarına birbaşa təsir edib. Aprelin 14-dən 15-nə keçən gecə İranın İsrail ərazisinə cavab zərbələri endirməsindən sonra “Bitcoin” 60 000 dollara qədər çöküb və o vaxtdan bəri son 7 gün ərzində 60-64 000 dollar arasında dəyişib.
“Bloomberg”in sorğusuna qatılan ekspertlər hesab edirlər ki, geosiyasi gərginliyin artması kriptovalyuta bazarında investorların əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər.