-1 C
Baku
Sunday, December 15, 2024

Kriptovalyutalar sahəsindəki “Halving” nədir?

“Halving” (ingilis dilindən tərcümədə “yarıya bölmək” deməkdir) – kriptovalyuta vahidlərinin yaranma sürətinin azaldılması və nəticədə maynerlərə verilən mükafatın miqdarının düşməsi prosesidir.

“Halving” proseduru bir çox blokçeyn şəbəkələrində təmin edilir. Məsələn, “Bitcoin”in yaradıcısı Satoşi Nakamoto şəbəkə alqoritminə kriptovalyutanın emissiyasının sonuna qədər (2140-cı ilədək) dörd ildə bir dəfə yarıya endirilməni daxil edib.

“Halving” nəyə lazımdır?

“Halving”in əsas məqsədi yeni sikkələrin buraxılışını azaltmaqla kriptovalyuta inflyasiyasını cilovlamaqdır. “Bitcoin” kimi kriptovalyutaların alqoritmləri sonsuz miqdarda pul çap etməyə imkan vermir. Belə ki, kriptovalyuta tədarükü 21 000 000 sikkə ilə məhdudlaşır və”halving” mexanizmi sayəsində sikkələrin təklifi tədricən artır.

“Halving” kriptovalyutanın qiymətinə necə təsir edir?

“Halving” adətən kriptovalyutanın qiymətində artımı stimullaşdırır. “Halving”dən əvvəl və sonra kriptovalyutaya tələb təklifi üstələyir və məzənnə yüksəlməyə başlayır. Eyni zamanda, kriptovalyuta bazarının bir çox iştirakçısı yüksək investisiya gəliri gözləməsi ilə yarılanmadan əvvəl sikkələr alır. Bu, sürət artımını daha da stimullaşdırır.

Son xəbərlər
Digər xəbərlər