Azərbaycanın suveren fondu Dövlət Neft Fondunun (ARDNF) aktivləri 1 aprel 2024-cü il tarixinə 57 milyard 372.8 milyon ABŞ dolları təşkil edib.
Banker.az bu barədə Fondun rüblük hesabatına istinadən xəbər verir.
Bu da son bir rübdə 1 mlrd. 303.1 mln. dollar və ya 2.3 faiz artımıdır.
İlin əvvəli Fondun aktivlərinin həcmi 56 mlrd. 69.7 mln. dollar idi ki, bu da son ildə 14.3% (və ya 7 milyard ABŞ dolları) artım idi.