15 C
Baku
Sunday, November 24, 2024

İqtisadçılar İsrail və İran arasında eskalasiyanın olduğu təqdirdə, “neft şoku” barədə xəbərdarlıq ediblər

Ekspertlərin fikrincə, İsrail və İran arasında münaqişə daha da gərginləşərsə, dünya iqtisadiyyatı “neft şoku” ilə üzləşə bilər. Lakin onların fikrincə, vəziyyət hələ o dərəcədə pisləşməyib. “Bloomberg”in məlumatına görə, treyderlər indi regional gərginliyin qlobal neft tədarükünü poza biləcək münaqişəyə çevrilməyəcəyinə mərc edirlər.

“Bloomberg”in sitat gətirdiyi kimi, BVF rəhbərinin birinci müavini Gita Qopinat deyir ki, İsrail və İran arasında münaqişənin daha da kəskinləşməsi halında dünya iqtisadiyyatı “neft şoku” ilə üzləşə bilər. “Əgər böyük bir eskalasiya olarsa, bu, indiyə qədər gördüyümüzdən daha geniş regional eskalasiya deməkdir – bəli, bizdə böyük bir neft şoku ola bilər”, – metəxəssis deyir. Lakin onun sözlərinə görə, vəziyyət hələ o qədər də pisləşməyib.

Agentlik yazır ki, yüksək rütbəli avropalı məmurun sözlərinə görə, İsrail və İran arasında qarşıdurma yaxın günlərdə yenidən güclənərsə, yeni gərginliyin qarşısı alınacağına heç bir zəmanət yoxdur. “Bloomberg” iqtisadçısı Ziad Daoud etiraf edib ki, ölkələr birbaşa qarşılıqlı zərbələrə doğru irəlilədikcə genişmiqyaslı müharibə riski artıb. “Səbəb nə olursa olsun, qlobal iqtisadiyyata təsiri çox böyük olacaq”, – Daoud söyləyib.

“Bloomberg”in istinad etdiyi “Oxford Economics” sorğusunun nəticələrinə görə, İran və İsrail arasındakı vəziyyətlə bağlı biznes narahatlıqları HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumundan sonra ən yüksək həddə çatıb.

“Rystad Energy” konsaltinq şirkətinin analitiki Xorxe Leonun fikrincə, bazarın baş verənlərə ilkin reaksiyası onu deməyə əsas verir ki, İran və İsrail arasında gərginliyin müvəqqəti artım ehtimalı daha yüksəkdir.

Aprelin 14-nə keçən gecə İran 300-dən çox pilotsuz təyyarə və ballistik raketlərlə İsrailə hücum edib. İsrail ordusu hədəflərin 99%-nin tutulduğunu və yalnız kiçik sayda ballistik raketlərin İsrail hava məkanına daxil olduğunu bildirib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri məqsədlərə nail olunduğunu deyib və İsraili cavab zərbəsi ilə bağlı xəbərdar edib. Bu hücum İsrailin aprelin 1-də İslam İnqilabı Keşikçiləri Korpusunun 7 əməkdaşının ölümü ilə nəticələnən Dəməşqdəki İran konsulluğuna hücumuna cavab idi.

Son xəbərlər
Digər xəbərlər