8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda dəmir yolu ilə yükdaşımadan gəlirlər ötən il 430 mln. manatı keçib

Azərbaycanda dəmir yolu ilə yükdaşımalarının həcmi illik müqayisədə düşsə də, ondan gəlirlərin həcmi yüksəlməkdədir.

Banker.az-ın əldə etdiyi rəsmi statistik rəqəmlərə əsasən, dəmir yolu nəqliyyatı ilə 2023-cü ildə 18.28 mln. tonluq yük daşınıb.

Bu da 2022-ci ildəki göstəricilərdən 2.4 faiz azdır. Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, 2022-ci ildə Azərbaycan ərazisində 18.73 mln. tonluq yük daşınmışdı.

2023-cü ildə daşınmış yüklərin 15.01 mln. tonu beynəlxalq daşımalarla bağlıdır. Belə ki, 4.75 mln. tonluq idxal yükləri, 3.39 mln. tonluq ixrac yükləri və 6.87 mln. ton tranzit yükləri daşınıb.

Bununla belə, yüklərin həcmi azalsa da operator şirkətlərin gəlirlərinin həcmi yükdaşımadan 9.2 faiz artıb. 2022-ci ildə 394.14 mln. manat gəlir əldə edildiyi halda, 2023-cü ildə bu rəqəm 430.32 mln. manatlıq gəlir əldə edilib.

Yükdaşınmasında lokomotivlərin məhsuldarlığı düşüb. 2022-ci ildə 531.3 min ton/km brutto yükdaşınmışdırsa, 2023-cü ildə bu rəqəm 468.3 ton/km təşkil edib.

Yük vaqonlarının boş dayanma vaxtı son bir ildə 24.3 saatdan 27.4 saata yüksəlib.

Son xəbərlər
Digər xəbərlər