Bu ilin birinci rübdə Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi 619.2 milyon dollar təşkil edib.
Banker.az bu barədə Gürcüstanın statistika qurumuna istinadən xəbər verir ki, bu ötən illə müqayisədə 7.2% azdır.
Məlumata görə, Gürcüstandan Rusiya Federasiyasına ixrac 9.1%, Rusiyadan Gürcüstana idxal isə 6.5% azalıb.